Goranaboyda pambıq qəbulu məntəqəsində yanğın olub.
Gununsesi.info xəbər verir ki, Məlumata görə məntəqədə yığılan, hər biri təxminən 300 ton olan 4 pambıq tayası alışıb. Hadisə yerinə FHN-nin Goranboy rayon Yanğından Mühafizə hissəsinin 6 yanğınsöndürən avtomobili və xeyli canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, yanğının digər tayalara keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Gununsesi.info