Goranboyda atışma baş verdi - POLIS ƏMƏKDAŞI GÜLLƏLƏNDİ

  • By admin
  • 13 İyul 2019 09:30

Goranboyda baş verən silahlı insident nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. 

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində olub.

Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu isə xəstəxanada dünyasını dəyişib.

 Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.

Gununsesi.org