Goranboyda yol qəzası baş verib - YARALANANLAR VAR

  • By admin
  • 21 Yanvar 2018 18:10

Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Borsunlu kənd yolunda qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yük avtomobilinə çırpılıb. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info