Göy məscidin yanında bıçaqlanma hadisəsi

  • By admin
  • 13 Oktyabr 2016 14:40

bicaq

Nəsimi rayonuda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında qeydə alınıb. 26 yaşlı Süleyman Musazadə iki bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyata götürülüb. Əməliyyatdan sonra həkimlər Süleyman Musazadənin həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə barədə Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirirlər.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.