Göyçay və Şəmkirdə yanğın olub

  • By admin
  • 20 Yanvar 2018 22:30


Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Kürdəmiş kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şəmkir rayonu, Nərimanlı kəndində 50 ton ot bağlamasının 30 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info