Göyçayda xəstəxanada yanğın olub

  • By admin
  • 26 Yanvar 2020 20:40

Göyçayda xəstəxanada yanğın qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun hər mərtəbəsi 1250 m² olan, hazırda fəaliyyət göstərməyən üçmərtəbəli xəstəxana binasının 3-cü mərtəbəsində kağız tullantıları 15 m² sahədə yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.org