Göygöldə mikroavtobus aşıb, xəsarət alan var

  • By admin
  • 16 İyun 2019 22:41

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər – 19 yaşlı Qələndər İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda 10-a yaxın sərnişin olub.