Gözətçini döyüb marketdən 7500 manat apardı

  • By admin
  • 07 Yanvar 2020 16:00

Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxs orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyüb.

Gununsesi.org xəbər verir ki, hadisə yanvarın 6-da saat 1 radələrində qeydə alınıb.

Həmin şəxs oradan 7500 manat pul götürərək hadisə yerini tərk edib.

Quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılıb.

Gununsesi.org