“Gucci” onları necə tapıb?

“Gucci” onları necə tapıb?

Dünyaca məhşur italyan brendi olan “Gucci” Milanoda keçirilən moda həftəsində səhnəyə çıxardığı modellərlə hər kəsin marağına səbəb olub.

Gununsesi.org-un məlumatına görə, 2015-ci ildən etibarən “Gucci”nin yaradıcı direktoru olaraq fəaliyyət göstərən Alessandro Michele, Milano moda həftəsində Öykü Baştaş və Armine Harutyunyanı əsas modellər olaraq seçib. Bəs bu modellər kimdir? Onlar necə kəşf olunub?

Öykü Baştaş: “Parisdə, seçimlərə qatılmaq üçün qapıda, 100 qızla birlikdə gözləyirdim. “Gucci”nin işçiləri mənə yaxınlaşaraq bir neçə sual verdi. Daha sonra onlar sözlərimin və görünüşümün cəlbədici olduğunu bildirərək, mənə iş təklif etdilər”.

Armine Harutyunyan: “Model deyiləm. Qrafika ixtisası üzrə təhsil alıram. Berlində konsert izləyərkən mənə yaxınlaşıb modayla maraqlandığlarını dedilər və məndən nömrəmi istədilər. Düz bir ay sonra “Gucci”nin əsas modeli seçildim. Hələ də inana bilmirəm. Alessandro Michele’in gözəllik anlayışı bambaşqadır”.

 

 

Gununsesi.org

COMMENTS