Gülənin ekstradasiyasıyla bağlı ABŞ heyəti ilə danışıqlar başlayıb

  • By admin
  • 23 Avqust 2016 12:18

gulen 

Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə qaytarılması üçün ABŞ Ədliyyə Nazirliyinin (üç) və Xarici İşlər Nazirliyinin (bir) 4 nəfərdən ibarət  nümayəndə heyəti bu gün gecə saatlarında Ankaraya gəlib.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, avqustun 23-də səhər saatlarından başlayaraq, ABŞ nümayəndə heyəti Türkiyə  Ədliyyə Nazirliyi Beynəlxalq hüquq və Xarici Əlaqələr Baş İdarəsinin  səlahiyyətliləriylə artıq  danışıqlara başlayıb. İki gün davam edəcək danışıqlar çərçivəsində nazirliyin əməkdaşları nümayəndə  heyətinə Gülənin ekstradasiya edilməsiylə bağlı göndərilən 4 müxtəlif sənədlər toplusunu təqdim edəcəklər. 

Digər tərəfdən Ədliyyə Nazirliyi səlahiyyətliləri 15 iyul dövlət çevrilişinə cəhdin Fəthullah Gülənin əmri və komandası  altında reallaşdırıldığına dair əhəmiyyətli dəlilləri də  amerikalı  həmkarlarıyla paylaşacaqlar.Yaşanan hadisələrin ardından ABŞ Ədliyyə Nazirliyi Fətullah Gülənin geri qaytarılmasıyla bağlı Tührkiyə Ədliyyə Nazirliyinə  məktub göndərib.

ABŞ Ədliyyə Nazirliyi məktubda Gülənin geri qaytarılması mövzusunda ediləcək danışıqlar üçün Ədliyyə Nazirliyindən bir qrup nümayəndə heyətinin ABŞ-a göndərilməsini və ya Amerika Ədalət Nazirliyindən bir qrup heyətin Türkiyəyə gəlməsini təklif edib. Ədalət Nazirliyin ABŞ-a göndərilən cavab məktubunda isə  ilk olaraq, Amerikadan bu məqsədlə bir qrup nünayəndə heyətinin Ankaraya  gəlməsini, bundan sonra Türkiyədən bir qrup nümayəndə heyətinin bu məqsədlə ABŞ-a danışıqlarda iştirakıyla bağlı təklif edib.

Türkiyənin təklifini qəbul edən ABŞ Ədliyyə Nazirliyi, bu məqsədlə bir qrup nümayəndə  heyətini Türkiyəyə göndərəcəyini bildirmişdi.

 

Gülnaz Qənbərli

Gununsesi.info