Gül və Babacan birgə yeni partiya qurmağa hazırlaşır

Gül və Babacan birgə yeni partiya qurmağa hazırlaşır

Seçkidən sonra Abdullah Gülün də içində olacağı proses başladılacaq.

Gununsesi.org xəbər verir ki, bunu dünənki İstanbul bələdiyyə seçkisindən sonra T24-ə açıqlama verən AKP liderlərinə yaxınlığı ilə seçilən türkiyəli məşhur jurnalist Fəhmi Koru deyib. Jurnalist Gülün yeni partiya quracağını və bu partiyanın başında Türkiyənin keçmiş xarici işlər və iqtisadiyyat naziri olan Əli Babacanın dayanacağını bildirib.

Qeyd edək ki, artıq bir neçə aydır Gül və Babacanın birgə yeni partiya quracağı ilə bağlı iddialar ortaya çıxıb.

Gununsesi.org

 

COMMENTS