Günay İbrahimli özünə bahalı “Range Rover” aldı - VİDEO

  • By admin
  • 03 Fevral 2020 13:14

“Avtomobil köhnədir, siz məni gec-gec görürsünüz (gülür). Bir neçə ay öncə almışam. Amma qiymətini deməyəcəyəm”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Oxu.Az-ın kamerasına yeni, bahalı və lüks “Range Rover” markalı avtomobilində yaxalanan məşhur müğənni Günay İbrahimli deyib.

Dəbdəbəli avtomobildə görüntülənən sənətçi efirlərə az-az çıxmasının səbəbini belə izah etdi:

“Efirlərə çıxıram, amma təbii ki, çox götür-qoy edirəm. Hər dəvət aldığım verilişə getmirəm. Getməməyimin səbəbi isə ürəyimcə olan verilişlərin az olmasıdır”.

“Efirlərə çıxanda şərt qoyursunuz?”, – sualına isə Günayın reaksiyası belə oldu:

“Elə proqramlara qonaq qismində qatılıram ki, hər hansı şərt qoymağa ehtiyac qalmır. İstər verilişin aparıcısından, istərsə də kanalın komandasından özümə qarşı hörmət görəndə, heç bir şərt qoymuram. Sənət yoldaşlarımla münasibətim çox yaxşıdır və heç biri ilə problemim yoxdur. Amma sadəcə olaraq, uyğunluq söhbəti var. Burada söhbət nəsil və janr uyğunluğundan gedir”.

G.İbrahimli, həmçinin, gördüyü yeni işlərinin anonsunu da verdi:

“Yeni işlər gəlir. Həm fotosessiya, həm də klip. “Bu son” adlı yeni mahnıma klip çəkdirəcəyəm. Əslində, klipi xaricdə çəkmək istəyirəm, hələ çəkilişlərə başlamamışıq. Çünki Bakıda həddən artıq çox klip çəkdirmişəm. Bakıda klip çəkdirməyə elə bir məkan və yer tapmıram. Rejissorların da çoxu ilə işləmişəm. Yeni və fərqli bir şey istəyirəm”.

Gununsesi.org