Günay İbrahimli: “Oğlanlar qızlardan daha çox plastik əməliyyat etdirirlər”

  • By admin
  • 04 Fevral 2020 10:14

“Görmürsünüz, necə gözəl görünürəm? Heç bir əməliyyata da ehtiyacım yoxdur”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında məşhur müğənni Günay İbrahimli deyib.

Son günlər sənətçilərin plastik əməliyyat “sevdası” onları dilə-dişə salıb. Bəhsə girib əməliyyatların sayını artıran kimi, bu yolda “öldü var, döndü yoxdur” deyib, gözəlləşmək üçün bıçaq altına uzanan kim.

Qalmaqallı mövzudan G.İbrahimli də yan qaçmadı. O, açıqlamaları ilə yanan ocağı daha da alovlandırdı:

“Bilirsiniz ki, bir dəfə burnumda rinoplastika əməliyyatı keçirmişəm. Bir neçə ay öncə sənət yoldaşlarımın əməliyyatı ilə bağlı müsahibə verdim, bu, qalmaqala səbəb oldu. Amma düz demişəm. Demişdim ki, həddən artıq eybəcər formada edilən plastik əməliyyatlara çox pis baxıram. İndi oğlanlar qızlardan daha çox plastik və estetik əməliyyat etdirirlər. Biabırçılıqdır! Qocalanda ehtiyac olarsa, əməliyyat etdirərəm və bunu da heç kimdən gizlətmərəm”.

Gununsesi.org