Gündə 3 saat pianino çaldığı üçün cəzalandırıldı- POLŞADA MARAQLI HADİSƏ

Gündə 3 saat pianino çaldığı üçün cəzalandırıldı

Polşada məhkəmə bir pianino ifaçısına pianino çalaraq qonşularını narahat etdiyi üçün 510 dollar pul cəzası verib. Polşa Musiqiçilər və Sənətkarlar Birliyi isə yaydığı açıq məktubda qərarın qəbul edilməz olduğunu bildirib.
Gununsei.org  xəbər verir ki, Polşanın Konstankin-Jeziorno şəhərində meydana gələn hadisədə Karoslav J. adlı pianinoçu qastrol və konsertlərə hazırlaşmaq məqsədilə evində pianino çalıb. Musiqiçinin hər gün 3 saat davam edən çalışmasından narahat olan qonşular polisə şikayət edib.
Gənc ifaçı işi ilə bağlı pianino çalması lazım olduğunu bildirərək sonrakı günlərdə də pianino çalmağa davam edib. Qonşular isə ifaçının bu hərəkətlərindən təngə gələrək hər dəfə polisə şikayət etməyə davam edib.
Polis qonşular arasındakı problemin həll edilmədiyini gördükdən sonra işi məhkəməyə sövq edib. Məhkəmə zamanı şikayətçilər hər gün 3 saat davam edən pianino səsi səbəbindən rahatlıqlarının olmadığını və istirahət edə bilmədiklərini deyib.
Təxminən 1 il davam edən məhkəmə prosesində musiqiçiyə ictimai qaydanı pozduğu üçün 510 dollar pul cəzası verilib. Məhkəmə qərarın əsasında həmin cəzanın tərbiyəvi və çəkindirici xarakterdə olduğunu, bu şəkildə ifaçının cəmiyyətə qarşı zərərli davranışının önünə keçilə biləcəyini ifadə edib.
Gununsesi.org

COMMENTS