Günün cəmi 5 saatını oruc tutan kənd

  • By admin
  • 08 İyun 2016 13:34

 

Omannn aa

 

Dünyada yerləşdiyi coğrafi mövqe səbəbindən günün cəmi 5 saatını oruc tutan kənd hansıdır?

Gununsesi.info bu suala cavab taparaq dünyada ən qısafasiləli oruc tutan kəndlə bağlı yazı hazırlayıb.  Yazını sizətəqdim edirik.

 

Omana Ramazan ayı yaya təsadüf etdiyindən gün uzun olduğundan bu bir çox oruc tutmaq istəyənlər üçün çətinliklər yaradr. Bir yandan günün uzunluğu, digər yandan havaların isti olması, iş şəraitinin ağır olması səbəbindən buna dözə bilməmələri, ən əsası da susuzluq problemlər yaradır.

 

 

Ramazan dua

Bu il Ramazan ayı iyun ayına təsadüf etdiyindən, ən uzun günləri müşahidə etməkdəyik. Belə ki, Azərbaycanda və dünyanın əksər ölkələrində oruc tutanlar 17 saat ərzində qida qəbul etmirlər. Amma dünya da elə ölkələr və bölgələr var ki, orada nəinki 17 saat daha çox oruc tutmuş olurlar. Məsələn, Şimal yarım kürəsində yerləşən ölkələrdə, xüsusən də, Skandinaviya ölkələrində gündüz uzun olduğundan, burada insanlar günün 22 saatanı oruc tutmalı olurlar. Yəni burada Günəş Yer küərsinin digər yerlərinə nisbətən daha gec batır. Rusiyanın şimal bölgəsi hesab edilən Arktik bölgədə də eyni vəziyyət müşahidə olunur. Burada gün uzun olduğundan, oruc tutanlar demək olar ki, sutka ərzində bir dəfə yemək yeməli olurlar. Ancaq nə qədər

 

Omannnn Qəribə olsa da, dünyanın elə məkanı var ki, insanlar bu yerdə ancaq 3 saat oruc tutmalı olurlar. Özü də harada? – Ərəbistan yarımadasında… Bəli. Ərəbistan yarımadasında yerləşən Oman ölkəsinin Vekan kəndində insanlar günün ancaq 3 saatını oruc tuturlar. Omanın digər yerlərində insanlar 17 saata yaxın saatadək oruc tutsa da, bu kəndin sakinləri cəmi 3-4 saat oruc tutmalı olurlar.

Buna səbəb Vekan kəndinin 2 min metr yüksəklikə yerləşməsi və ətrafı sərt dağlarla əhatə olunur. Bu kənddə Günəş səhər saat 11.00-da çıxır və 14.30-da isə batır. Bu elə Vekan kəndinin sakinlərtini də narahat edir və nə etdiklərini bilmirlər. Kənd sakinlərinin bir qismi orucu ölkənin digər yerləri ilə eyni vaxtda tutmasını, digər qismi isə kəndin yerləşdiyi şəraitə uyğun olaraq tutumasını təklif edir. Bu mübahisə indiyədək öz həllini tapmayıb. Məsələ ilə bağlı din alimlərinin məsələ ilə bağlı qərarı olmadğından, kənd əhli orucu hələlik 5 saat ərzində tuturlar.

Mürtəza Bünyadlı