Gürcüstan müxalifəti parlament binasının giriş-çıxış qapılarını bağladı

  • By admin
  • 17 Noyabr 2019 22:43

Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyasını davam etdirir.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, müxalifət nümayəndələri artıq parlamentin bütün giriş-çıxış qapılarını bağlayıb. Qapılara qıfıl vurulub. Eyni zamanda, parlamentin qapılarının qarşısında çadırlar qurulub.

Aksiya iştirakçıları bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq. Hələlik aksiya dinc şəkildə davam edir və qarşıdurma olmayıb.

Polis təhlükəsizliyi təmin edib.

 

Gununsesi.org