Gürcüstan parlamentinin komitə sədri istefa verib

  • By admin
  • 02 Dekabr 2019 19:18

Gürcüstan parlamentinin Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Akaki Zoidze istefa verib.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə o, özü jurnalistlərə açıqlama verib.

A.Zoidze siyasətdən də getdiyini deyib.

Qeyd edək ki, A.Zoidze Gürcüstanda 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı referendum və ya plebisitin keçirilməsini təklif edib. Parlament üzvünün bu təklifi hakim Gürcü Arzusu Partiyasında dəstəklənməyib.