Gürcüstan parlamentinin qarşısında yenə də çadırlar quruldu

  • By admin
  • 15 Noyabr 2019 09:46

Gürcüstan müxalifəti noyabrın 14-də parlament qarşısında başladığı etiraz aksiyasını davam etdirmək fikrindədir.

Gununsesi.orgEurAsia Daily”-yə istinadən xəbər verir ki, nümayişçilərin bir hissəsi parlament qarşısındakı meydanda gecələmək niyyəti ilə burada çadırlar qurub.

Etirazçıların sözlərinə görə, aksiyalar onların tələbləri yerinə yetirilməyincə davam etdiriləcək.

Müxalifətçilər proporsional parlament seçkiləri sisteminə keçid və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Noyabrın 14-də Gürcüstan parlamenti proporsional parlament seçkiləri haqqında konstitusiya dəyişikliklərinin əleyhinə səs verib.

 

Gununsesi.org