Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 7,1% artıb

  • By admin
  • 06 Yanvar 2020 12:55

Ötən il Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 7.1% artaraq 1 milyon 509 min 662 nəfərə çatıb.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan 2019-cu ildə Gürcüstana ən çox xarici ziyarətçi göndərən ölkə olub.

Hesabat dövründə Rusiyadan Gürcüstana gələn beynəlxalq ziyarətçilərin sayı isə əvvəlki illə müqaisədə 4.7% artaraq 1 milyon 463 min 40 nəfər təşkil edib. Rusiya Gürcüstana ən çox beynəlxalq ziyarətçi göndərən ikinci ölkə olub. 2019-cu ildə  Gürcüstana ən çox beynəlxalq ziyarətçi göndərən üçüncü ölkə isə Ermənistan olub (1 milyon 349 min 279 nəfər).

Ümumilikdə ötən il Gürcüstana gələn beynəlxalq səyahətçilərin ümumi sayı əvvəlki illə müqayisədə 7.1% artaraq 9.3 milyon nəfər təşkil edib ki, bu da ölkə üçün yeni rekorddur. Hesabat dövründə Gürcüstana edilən turist səfərlərinin sayının isə 5 milyon nəfər təşkil etdiyi bildirilir. Bu göstərici 2018-ci illə müqaisədə 6.8% çoxdur.

Gununsesi.org