Gürcüstanda etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar

  • By admin
  • 23 İyun 2019 23:42

“Sərhədsiz Reportyorlar” (RSF) Gürcüstan hakimiyyətini iyunun 20-nə keçən gecə Tbilisidə etiraz aksiyası zamanı jurnalistlərə qarşı zorakılığı araşdırmağa və KİV işçilərinə qarşı güc tətbiq etməkdən imtina etməyə çağırıb. 

Gununsesi.org xəbər verir ki, polis və etirazçılar arasında qarşıdurmalar zamanı bir çox jurnalistlər əsasə n polis tərəfindən buraxılmış rezin güllələrdən yaralanıblar.

Yerli QHT-lərin məlumatına görə, 30-a yaxın jurnalist və KİV işçisi yaralanıb və onlardan ikisinin təcili əməliyyata ehtiyacı olub.

Qurbanlar arasında fotoqraf Quram Muradov da olub. Ona 10 rezin güllə dəyib. Bəzi jurnalistlər etirazçılar tərəfindən döyülüb. Atılmış daş “Reyter”in reportyoru Maki Antidzenin qabırğasını qırıb.

Gürcüstanlı jurnalistlər DİN-in qərargah-mənzili qarşısında aksiya keçirib, yaralı həmkarları üçün ədalət tələb ediblər.

Gununsesi.org