Gürcüstanda iki polis bir-birini güllələyərək öldürdü

  • By admin
  • 27 Noyabr 2019 09:47

Gürcüstanın qərb bölgəsində xidməti vəzifə borcunu yerinə yetirməkdə olan iki polis bir-birini güllələyib.

Gununsesi.org-un məlumatına görə, bu barədə gürcü mətbuatı xəbər verib.

Hadisə noyabrın 26-da axşam saatlarında Tsaqer rayonunun Ladcana kəndində baş verib. İnsident nəticəsində iki polis əməkdaşı dünyasını dəyişib, daha bir şəxs – 48 yaşlı kişi yaralanıb. O, ağır vəziyyətdə yerli xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, polislər arasında düşən mübahisə daha sonra dava və atışma ilə nəticələnib. Hadisə yerinə gələn həkimlər polislərdən birinin elə orada keçindiyini aşkar edib. İkinci isə xəstəxanada həyatını itirib.

Faktla bağlı prorukoruluq istintaqa başlayıb.

Gununsesi.org