Gürcüstandan ABŞ-a birbaşa uçuşlar olacaq

  • By admin
  • 13 İyun 2019 08:32

Gürcüstan ABŞ-a “daha yaxın” olmaq istəyir. Gürcüstan ABŞ-la birbaşa hava əlaqəsi quracaq.

Gununsesi.org “RİA Novosti”yə istinadən  xəbər verir ki, bu haqda Gürcüstanın baş naziri Mamuka Baxtadze Vaşinqtona səfəri zamanı deyib.

“Hər gün Gürcüstana Asiya, Avropa və Yaxın Şərq ölkələrindən 100-dən artıq aviareys həyata keçirilir. Biz Gürcüstan və ABŞ arasında birbaşa hava əlaqəsinin qurulması üzərində də intensiv çalışırıq”, – deyə, M.Baxtadze bildirib.