Gürcüstanın baş naziri öz istefası haqqında: “Final seriyanı gözləyin”

  • By admin
  • 17 Yanvar 2020 14:56

Gürcüstanın baş naziri Girorgi Qaxaria istefası ilə bağlı yerli mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Gununsesi.org xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında onları tələsməməyə çağırıb.

G.Qaxaria media nümayəndələrini finalı gözləməyə çağırıb: “Final seriyanı gözləyin. Hökumətin iclası olacaq və mən bir az tələsirəm”.

Qeyd edək ki, qonşu ölkə mətbuatında G.Qaxarianın istefa verəcəyi və onun yerinə hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin təyin olunacağı ilə bağlı məlumatlar yayılıb.

 

Gununsesi.org