Gürcüstanın telekanalları kiber hücuma məruz qalıb

  • By admin
  • 28 Oktyabr 2019 20:18

Gürcüstanın “İmedi”, “Maestro”, GDS telekanalları kütləvi kiber hücuma məruz qalıb.

Gununsesi.org xəbər verir ki, “İmedi” TV-nin Xəbərlər xidmətinin rəhbəri İrakli Çixladze “Facebook” səhifəsində hücum səbəbindən daxili şəbəkələrinin 20 dəqiqə ərzində iflic olduğunu, material ala bilmədiklərini, hazırda da məhdud rejimdə çalışdıqlarını bildirib.

Gürcüstanın İctimai Televiziyasının rəhbərliyi də kiber hücum haqqında məlumat yayıb. Belə ki, bir müddət kanalın saytı və şəbəkəsi, habelə radiosu fəaliyyət göstərməyib.

Xatırladaq ki, bu gün Gürcüstan prezidenti Salome Zurabişvilinin də rəsmi saytı hakerlər tərəfindən dağıdılıb.

 

Gununsesi.org