Həbs edilən dünya çempionunun obyektinə od vurdular- ZAUR YUSİFOVUN ANASI OĞLUNUN ŞƏRLƏNDİYİNİ DEYİR

Həbs edilən dünya çempionunun obyektinə od vurdular

Xəbər verildiyi kimi “Emin 444″ ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub.

Mərhumun anası mediaya açıqlamasında oğlunun qətlininin təşkilatçısı kimi Zaur Yusifovun atasının da adını çəkib. Bu barədə xəbərlər ictimailəşdiyindən həbs edilən Zaur Yusifovun anası Şirin Yusifova Gununsesi.org-a üz tutub.

Şirin Yusifova saytımız vasitəsi ilə Baş Prokuror Zakir Qaralova, DİN rəhbəri Ramil Usubova müraciət edib.

O, bildirib ki, oğlunun bu qətldə heç bir əli yoxdur: “Oğlumu şərləyiblər. Ona işgəncə verilir. Onun boynuna qoymaq istəyirlər. Halbu ki, cinayəti törədən şəxs özü gedib, təslim olub və əməlini etiraf edib.

Mənim balamın iki körpəsi var. Ölkəmizin bayrağını dünyada qaldırıb. Bu qədər ədalətsizlik olmaz”.

Mərhumun yaxınları tərəfindən təhdid olunduqlarını deyən Şirin Yusifova bildirib ki, hətta onların obyektinə belə od vurublar: “İki dəfə obyektimizə od vurdular. 102-ni yığmışıq. Nazirlikdə qeydə alınıb. Mən Zakir Qaralovdan, Ramil Usubovdan xahiş edirəm ki, oğlum günahsız tutulub. Ədalətli araşdırma aparılsın, bu sübut olunacaq. Mən sizin saytınız vasitəsi ilə müraciıt edirəm ki, səsimi Zakir Qaralov, Ramil Usubov eşitsin”.

İdmançının anası onu da deyib ki, ailə üzvləri ilə birlikdə müxtəlif qohumlarının mənzilində qalırlar: “Hamımızı öldürməklə hədələyirlər. Küçələrdə qalmışıq. Obyektimizə iki dəfə od vurublar”.

Elmar

Gununsesi.org

 

 

 

 

COMMENTS