Həbsxanaya narkotik maddə gətirərkən tutuldu

Həbsxanaya narkotik maddə gətirərkən tutuldu

Bakı İstintaq təcridxanasına və 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Gununsesi.org xəbər verir ki, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə həbs edilmiş və hal-hazırda Bakı İStintaq təcridxanasında saxlanılan şəxs Məmmədov Şahmirzə Hilal oğluna qardaşı Bakı şəhər sakini Məmmədov Rasim Hilal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan dəsmalın tikiş hissəsində xüsusi üsulla gizlədilmiş bükülüdə 0,255 qram metadon aşkar edilib.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hacıyev Mehman Cəmil oğlu ilə qısamüddətli görüşə gəlmiş qohumu Masallı şəhər sakini Hüseynzadə Ziya Akif oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman cibində gizlədilmiş bükülüdə 0,003 qram metadon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS