“Hələ məlum deyil ki, Novruz müəllim istirahət etmək istəyir, yoxsa…”- MİLLƏT VƏKİLİ

“Hələ məlum deyil ki, Novruz müəllim istirahət etmək istəyir, yoxsa…”

Elşən MUSAYEV: “Kimsə kiminləsə dost ola bilər, kimsə kiminsə tələbə yoldaşı ola bilər, ailəvi dostlar ola bilər, qohumluqları ola bilər, amma bunu klan, qrup adlandırmağın qəti əleyhinəyəm…”

Gununsesi.org xəbər verir ki, Etikxeber.az-ın suallarını millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP)  sədri Elşən Musayev cavablandırır:

-Elşən bəy, dünən Azərbaycanda  növbəti Baş nazir dəyişikliyi baş verdi, Novruz Məmmədov  prezidentin köməkçisi Əli Əsədovla əvəzləndi. Bundan sonra Novruz Məmmədov yenə başqa sahədə fəaliyyətini davam etdirəcəkmi,  daha doğrusu, öz əvvəlki işinə, peşəsinə uyğun işlə təmin olunacaqmı, yoxsa, artıq bundan sonra  guşənişin bir həyat keçirəcək?

-Belə düşünürəm ki, Baş nazir fəaliyyəti müddətində Novruz müəllimin müəyyən xidmətləri olub. Həmçinin, Ulu Öndər Heydər Əliyev siyasətinin ötən 16 il ərzində davam etdirilməsində onun da müstəsna əməyi var. Sadəcə,  özünün qərarı mən bildiyim qədər belə olub ki, istefa ərizəsi yazsın. Onun səbəbləri artıq bizə məlum deyil ki, Novruz müəllim istirahət etmək istəyir, yoxsa, başqa məqamlar olub. Amma əsas məsələ odur ki, parlamentin iclasında da Novruz müəllimin fəaliyyəti həm cənab sədrimiz Oqtay Əsədov, həm çıxış edənlər tərəfindən müsbət qiymətləndirildi. Mən də  həmin fikirlərə qoşuluram.

Yeni Baş nazir  cənab Əli Əsədova gəlincə, o, son dərəcədə enerjili bir adamdır, iqtisadiyyatı gözəl bilir, uğurlu fəaliyyəti var, həm parlamentdə olanda çox uğurlu fəaliyyəti olub, həm cənab prezidentin köməkçisi kimi son dərəcə uğurlu fəaliyyət sərgiləyib. Reputasiyası da, tərcümeyi-halı da çox təmiz, çox saf olan kadrlardan biridir.  Ona da yeni vəzifəsində uğurlar arzulayıram. Novruz müəllimin özünə də uğurlar arzulayıram, Ən əsası da yeni təyinatln dövlətimiz üçün, millətimiz üçün xeyirli olmasını diləyirəm.

Yalnız bunları deyə bilərəm.

– Novruz müəllim uzun müddət xarici siyasət məsələləri ilə məşğul olub, bu sahədə özünü uğurlu, peşəkar kadr kimi təsdiqləyib. Odur ki, növbəti dönəmdə də onun bu sahədəki təcrübəsindən istifafə edilə bilərmi?

-Bu barədə yenə də onu deyə bilərəm ki,  hələlik tam məlum deyil ki, Novruz müəllim istirahət etmək istəyir, yoxsa, səbəb başqadır. Mən, sadəcə, öz şəxsi arzumu bildirmək istəyirəm ki, Novruz müəllim gələcəkdə də öz bilgiləri ilə, xarici siyasət sahəsindəki peşəkarlığı ilə, eyni zamanda, praktikası ilə dövlət üçün, millət üçün yenə eyni qaydada faydalı olsun, öz əməyini davam elətdirsin.

-Elşən bəy, müxalif siyasi kluarlarda, sosial şəbəklərdə belə fikirlər, iddialar da dolaşr ki, son dəyişiklik  qruplararası, klanlararası mübarizənin nəticəsidir…

– Qətiyyən. Mən, ümumiyyətlə, medianın məhsulu kimi baxıram mən bu mövzulara. Mən belə bir klan, qrup tanımıram Azərbaycan iqtidarında. Kimsə kiminləsə dost ola bilər, kimsə kiminsə tələbə yoldaşı ola bilər, ailəvi dostlar ola bilər, qohumluqları ola bilər, amma bunu klan, qrup adlandırmağın qəti əleyhinəyəm.

Məncə, bu gün  hökumət üzvlərinin də, bütün məmurların da – təbii ki,  söhbət özünə hörmət edən məmurlardan gedir və onların böyük əksəriyyəti də özünə hörmət edir – bir amalı, bir prioriteti var, Heydər Əliyev siyasətinə və cənab prezidentin apardığı siyasətə dəstək vermək. Başqa amal, prioritet yoxdur və olmamalıdır.

COMMENTS