Həbib Putinlə görüşlərindən danışdı

  • By admin
  • 12 Noyabr 2019 21:55

UFC çempionu Həbib Nurməhəmmədov Rusiya prezidenti Vladimir Putinlə görüşlərindən sonra təəssüratlarından danışıb.

Gununsesi.org Rusiya KİV-nə isitnadən xəbər verir ki, Putinlə 2 dəfə görüşən Həbib onun çox yorğun olduğunu deyib:

“Onunla bir neçə dəfə görüşmüşəm. Bütün bu görüşlər məndə belə bir təəssürat yaratdı ki, Putin bu təlaşlardan çox yorulub”.

Qeyd edək ki, Nurməhəmmədov sonuncu dəfə bu ilin sentyabrında Əbu-Dabidə Dastin Poryeyə qalib gəldikdən sonra Putinlə görüşüb.

 

Gununsesi.org