Həbsdəki milyarder intihar etdi - AZYAŞLI QIZLARI FAHİŞƏLİYƏ CƏLB EDİRMİŞ

  • By admin
  • 10 Avqust 2019 23:47
Amerikalı milyarder Ceffri Epşteyn həbsxanada yatdığı kamerada intihar edib.
Gununsesi.org bildirir ki, bu barədə “ABC” telekanalı xəbər verib. Bu ilin iyul ayında həbs edilən milyarder orada hakim qarşısına çıxacağı günü gözləyirmiş.
Cinayətləri sübut olunacağı təqdirdə onu 40 ildən çox həbs müddəti gözləyirdi.
Qeyd edək ki, milyarder onlarla azyaşlı qızı fahişəliyə cəlb etməkdə ittiham olunurdu. O, 2002-2005-ci illlərdə Nyu-Yorkda və Floridada yerləşən iqamətgahlarında qəbul etdiyi azyaşlı qızlarla cinsi münasibətdə olub.