Həbsdən azadlığa çıxanlar iş tapa bilmir - ELMAN MƏMMƏDOV DEYİR Kİ, BU ADAMLAR MƏCBURƏN TƏKRAR CİNAYƏT TÖRƏDİR

  • By admin
  • 12 Oktyabr 2018 15:15

Milli Məclisin hazırda davam edən plenar iclasında Cəzaların İcrası Məsəlləsinə dəyişikliklə bağlı müzakirələr olub.

“Gununsesi”-nin məlumatına görə, deputat Elman Məmmədov söz alaraq bildirdi ki, cəzaların humansitləşdirilməsi istiqamətində bütün addımları alqışlayır:

“Amma bir problem var ki, həbsdən azadlığa çıxan insanlar iş tapa bilmirlər. Qanunda göstərilib ki, onlara bu istiqamətdə köməkliklər göstərilməlidir. Məmurlar niyə buna əməl etmirlər? O adamlar necə işsiz qala bilər? Həbsdən çıxandan sonra o insanlar necə dolansınlar? Bəzən olur ki, iş tapa bilməyən adam yenidən cinayət törədib həbsxanaya qayıdır”.

Deputat vaxtilə bununla bağlı yaxşı bir ənənənin olduğunu da xatırlatdı: “Bəyənmədiyimiz sovet dövlətində belə bir qayda var idi ki, həbsdən azadlığa çıxan insan yaşadığı yer üzrə nəzarətə götürülürdü və işlə təmin olunurdu. Bu insanların bir daha həbsə qayıtmaması üçün bu addımı atmalıyıq”.