Həbsimi ermənilər sifariş edib - FUAD ABBASOV

  • By admin
  • 02 İyul 2019 14:53

Məhkəmənin çıxardığı hökmdən verdiyim apellyasiya şikayəti təmin olunsa belə, bir daha Rusiyaya qayıtmayacağam.

Gununsesi.org-un məlumatına görə, bunu Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov Bakıda jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, deportasiya olunması üçün Ximki şəhər məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayəti verib:

“Şikayətim təmin olunsa və Rusiyada yaşamaq hüququm bərpa edilsə belə, heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm. Əsas odur ki, haqqım bərpa olunsun”.

F.Abbasov deyib ki, həbsinin və deportasiya olunmasının əsl sifarişçiləri arasında Rusiya ermənilərinin liderləri durur.

Gununsesi.org