Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota artırıldı - 600-DƏN 2000-Ə

  • By admin
  • 15 Fevral 2018 14:12

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.

Gununsesi.info-nun məlumatına görə, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb.

Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib.

Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir.

Gununsesi.info