Hələ belə evlilik təklifi olmamışdı – Sevgisi üçün özünü riskə atmağı da gözə aldı - VİDEO

  • By admin
  • 28 Yanvar 2020 10:59

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Gununsesi.org xəbər verir ki, videoda baykerin hərəkətdə olan motosikletin üzərindəki sevgilisinə fərqli şəkildə evlilik təklifi etməsi əks olunub.

Belə ki, o, arxa oturacaqda əyləşmiş sevgilisi ilə birlikdə motosikleti idarə edərkən anidən onun bayker dostları qarşısına keçiblər.

Dostlarının əynindəki paltarda “Marry me?” ( Mənə ərə gələrsən?)  sözlərini görən qız təəccüblənib. Daha sonra motosikleti sükana toxunmadan idarə edən sürücü cibindəki üzüyü çıxararaq onu sevgilisinə təklif edib. Qız oğlana “hə” cavabı verib və üzüyü barmağına taxıb.

Ən maraqlısı isə budur ki, bütün bunlar təhlükəli olmasına baxmayaraq, motosiklet hərəkətdəykən baş verib.

Videonun hansı ölkədə çəkilməsi barədə məlumat yoxdur.

 Gununsesi.org sosial şəbəkələrdə milyonlarla dəfə paylaşılan görüntüləri təqdim edir:

Gununsesi.org