Hər ay dünyada bir xalqın dili məhv olur

  • By admin
  • 19 May 2019 13:33

Hər ay dünyada azı bir xalqın dili məhv olur.

Bunu RİA Novosti agentliyinə açıqlamasında UNESCO-nun şöbə müdiri Boyan Radoykov deyib.

O bildirib ki, bəzən hətta bir həftə ardıcılığı ilə dünyada hansısa xalqın dili sıradan çıxır.

Radoykovun sözlərinə görə, UNESCO məhv olmaq təhlükəsi ilə üzləşmiş dillərin atlasını tərtib edib.

Məlum olub ki, hazırda dünyada 5-6 min köklü dil var. UNESCO mütəxəssisləri hesab edir ki, növbəti 50 ildə dünyadakı dillərin yarısı olmayacaq.

Qeyd edək ki, BMT Baş Assambleyası 2019-cu ili Xalqların dilləri ili elan edib.