“Hər kəsin beyni necədirsə, hər şeyi elə də görür” -Nuradan cavab+Fotolar

  • By admin
  • 14 Noyabr 2018 20:35

“2017-ci ilin may ayında Bodrumda otelin açılışında iştirak etmişik və həmin vaxt səhifəmdə videolar, şəkillər  paylaşmışam. Ancaq  heç kim o vaxt bu görüntülərə belə reaksiya verməmişdi”. 

Bu sözləri “Gununsesi.org” a açıqlamasında müğənni Nura Suri  transparan geyimini müzakirə edənlərə cavab verərkən deyib.

O, həmin fotonun il yarım bundan əvvəl lentə alındığını bildirib: “Açılış zamanı jurnalistlər ona diqqət etməli idi ki, dünya ulduzları arasında həmin vaxt 3 azərbaycanlı müğənni- mən, Nigar Camal və Samir Cavadzadə olub. Biz həmin tədbirdə gözəl görünməli idik.  Çünki dünya səviyyəli bir açılış idi. Düşünmürəm ki, paltarımda bir problem var.  Üstündən il yarım keçib, amma indi reaksiya verirlər.

Şəkli yenidən paylaşmağım niyə belə səs-küyə səbəb olub, onu anlaya bilmirəm. Məni qınayırlar, amma fotoma 10 mindən çox “like” gəlib. Deməli, bəyənilən şəkildir. Paxıllıqdan ağızlarına gələni yazırlar. Bəzi mətbuatın özləri də elə başlıq yazır ki, tənqid olunum. Tənqid edənlər  də reklamımla məşğuldurlar. Hər kəsin beyni necədirsə, hər şeyi elə də görür”.