Həyət evlərinin qiyməti bahalaşıb - REPORTAJ

  • By admin
  • 06 Yanvar 2020 15:06

Son aylar ölkənin daşınmaz əmlak bazarında baş verən qiymət artımı Sumqayıt şəhərindən də yan keçməyib. Mənzil bazarında ciddi canlanma var.

Gununsesi.org Baku TV-yə istinadən xəbər verir ki, mənzillərin alqı satqısı ilə məşğul olanlar bildirir ki, son iki ay ərzində Sumqayıtda evlərin qiyməti artıb. Şəhərdə 25-30 minə olan həyət evləri hazırda 45-55 minə satışa çıxarılıb.

Hazırda Sumqayıt şəhərin Hacı Zeynalabdin, Corat qəsəbəsində , Yaşıldərə, Novxanı və Xəzər bağlarında həyət evlərinə təlabat artıb. Qiymətlərdə 25-30 faiz artım müşahidə edilir.

Sumqayıtda 1 otaqlı evlərin ən ucuzu 25 mindən yuxarıdır. Ən bahalısı otaqların sayına və torpaq sahəsinə görə müəyyən edilir. Həyət evlərinə təlabatın artması, bina evlərində qiymətin enməsinə səbəb olub.

Yeni tikilən çoxmərtəbəli yaşayış binalarında isə qiymətlər stabil olaraq qalır.

Gununsesi.org