Həyətində çətənə bitgisi becərən şəxs saxlanılıb - FOTO

  • By admin
  • 03 Sentyabr 2016 11:45

cetenek

Lənkəranda narkotik  tərkibli çətənə bitgisi becərən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, rayonun Girdəni kənd sakini, 26 yaşlı Etiram Ehtiman oğlu Nəcəfov yaşadığı evin həyətyanı torpaq sahəsində qarğıdalı kollarının arasında bir ədəd narkotik tərkibli çətənə bitkisini qanunsuz əkərərək, kultivasiya etməklə yetişdirib. Daha sonra Ehtiram satış məqsədilə çətənə kolunu toplayaraq qurudub. Qurudulmuş ümumi çəkisi 1960 qram olan marixuananı o, evində üzərində düyü torbalarının içində gizlədib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ehtiram Nəcəfovun evinə keçirilən baxış zamanı  onun qurudub saxladığı narkotik vasitə düyü kisələrinin  içindən aşkar olunaraq maddi sübut kimi götürülüb.  Ehtiram Nəcəfov barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3 və 237.1 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

cet

Gununsesi.info