Həyatıma sui-qəsd etdilər, lifti partlatdılar - EMİN AĞALAROV

  • By admin
  • 06 Fevral 2019 18:13

Azərbaycanın Xalq artisti Emin Ağalarov yeniyetmə ikən Rusiyanı tərk etməli olub. Buna səbəb onun atası – “Crocus Group” kompaniyasının prezidenti və sahibi Araz Ağalarovun nailiyyətləri olub.

BAKU.WS xəbər verir ki, Emin bunları “RU TV” kanalında yayımlanan “Север. Непридуманные истории!” verilişinə verdiyi müsahibədə etiraf edib.

İfaçı bunları deyib:

“O vaxt 12 yaşım var idi. Həyatıma qəsd etmək istəyirdilər – lifti partlatdılar, içindəki bütün şüşələr sındı, amma mən onun içindən çıxmağa və sağ qalmağa müvəffəq oldum. Atam məni İsveçrəyə göndərməli oldu. Sonra isə 2 yaşlı bacımı və anamı Amerikaya göndərdi. Mən sonra Rusiyaya qayıtdım. Bacım bu günədək ABŞ-da yaşayır və qayıtmaq istəmir”.