Hacıqabulda yol qəzası baş verdi - 7 NƏFƏR XƏSARƏT ALDI / FOTO

  • By admin
  • 13 Avqust 2019 16:54

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

Gununsesi.org Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org