Zamirə Hacıyevanın sərvətini üzə çıxaran şəxsə mükafat verildi – Foto

  • By admin
  • 26 Noyabr 2019 13:41

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyini üzə çıxardığı üçün Böyük Britaniyanın Milli Cinayət Agentliyinin tədqiqatçısı (MCA) Nicola Bartlett beynəlxalq mükafata layiq görülüb. 

Gununsesi.org Unikal.org-a istinadən xəbər verir ki, Nicola Bartlett  Zamirə Hacıyevanın Londonda sərvətini üzə çıxardığı üçün 14 illik “Keith Hughes” fərdi kateqoriya üzrə mükafata layiq görülüb.

O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində araşdırma aparıb və Zamirə Hacıyevanın cinayətlərini üzə çıxarıb.

Qeyd edək ki, Zamirə Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs kimi tarixə düşüb.

 

 

Gununsesi.org