Hakimiyyət başa düşür ki, cəmiyyətin əsas təbəqələri ilə qırılımış əlaqləri bərpa etməyin alternativi yoxdur - ELÇİN RÜSTƏMLİ YAZIR

  • By admin
  • 15 Fevral 2019 09:44

Azərbaycanda siyasi müstəvinin tədricən bərpa olunması,hakimiyyətin cəmiyyətdən dəstək almaq üçün atdığı addımlar ölkədə müsbət dinamika yaradır.
Bunun alternativi yoxdur, bütün problemlərin həlli siyasi yanaşma tələb edir, inzibati və zor müstəvisində heç bir siyasi qüvvə davamlı uğur əldə edə bilməz.
Siyasi gücün əsas elementi cəmiyyətdəki dayaqlardır, inam və etibardır. Hakimiyyət başa düşür ki, uzunmüddətli apartiya dövründən sonra cəmiyyətin əsas təbəqələri ilə qırılımış əlaqləri bərpa etməyin alternativi yoxdur. Əks tqədirdə, yeni düzəndə özünü konkisiz buz meydançasına çıxmış naşı adam kimi hiss edəcək.
Cəmiyyətə aydın mesajlar verilməlidir, problemlər haqqında açıq danışıb onların həlli yolları ictimai müzakirəyə təqdim olunmalıdır.
Ən vacib məqam odur ki, Azərbaycanda yığılıb qalmış problemlərin əsas həll yolu siyasi islahatlarla bağlıdır. Bunu kənara qoyub, sosial-iqtisadi problemlərin həllinə cəhd etmək uğursuzluqla nəticələnəcək.
Vəziyyət o həddə gəlib ki, ölkənin bütün sferalarını sarmış böhran Azərbaycanın milli maraqlarını təhdid edir, onu sarsıdır. Hakimiyyət cəmiyyətin əsas təbəqlərini inandıra bilməsə, bütövləşməsə, onların həll etməkdə aciz qalacaq.
Bu gün Qarabağ probleminin həlli ilə bağlı vasitəçilərin və münaqişə tərəflərinin ortaq nöqtəyə gəldiyi bir məqam var: xalqların sülhə hazırlanması!
Şübhəsiz ki, münaqişə hansı razılaşma ilə həll olunursa, olsun, xalqların sülhə hazırlanması mütləq qaydada vacibdir. Bunun başlıca şərti isə daxildə həmrəyliyin, milli birliyin əldə olunmasıdır. Daxildə bu güc yaranmasa, heç bir məsələdə cəmiyyətin vahid mövqeyini ifadə etmək, bununla da dayanqlı nəticə əldə etmək mümkün olmayacaq.
Milli birliyə nail olmağın başlıca yolu ölkədə siyasi açlıma nail olmaq, siyasi düşmənçiliyi, daxili ixtilafları aradan qaldırmaq, cəmiyyətin iradəsini, mövqeyini hakimiyyətə daşımaqdan ibarətdir.

Elçin Rüstəmli