Hansı şəhər kokain istifadəsinə görə Avropada ilk sıradadır?

Hansı şəhər kokain istifadəsinə görə Avropada ilk sıradadır?

London sakinləri gündəlik olaraq 23 kiloqram təmiz kokaindən istifadə edir. Bu da Britaniyanın paytaxtını Avropa ölkələri arasında reytinqdə lider edir.  

Gununsesi.org-un “Sky News”a istinadən məlumatına görə, Londonun Kral Kollecinin araşdırmasına əsasən Barselonada bu göstərici 12,74 kiloqram, Amsterdam və Berlində isə 4,62 kiloqram təşkil edir.

“İnterfaks” yazır ki, analizi meqapolislərdə axar suları araşdıran kriminalist alimlər aparıb. Onlar lidokain və benzokain qatqılarını nəzərə almadan məhz təmiz kokainin səviyyəsini ölçüb. Mütəxəssislərin qiymətləndirməsinə görə, londonlular ildə 8 tondan çox təmiz kokain istifadə edir.

Londonda kokain bazarı 1 milyard funt məbləğində dəyərləndirilir, bir doza 2,75 funta satılır. Kokainin qiyməti son illər ərzində dəyişməyib. Satılan kokain daha təmiz olub, nəticədə, daha güclü asılılıq yaradır.

 

 

 

Gununsesi.org

COMMENTS