Hava limanında böyük soyğun: 30 milyon pul apardılar

  • By admin
  • 22 Noyabr 2019 10:59

Yekaterinburqun Koltsovo hava limanında silahlı şəxslər bir nəfərdən 30 milyon rubl alıblar.

Gununsesi.org Oxu.az-a istinadla xəbər verir ki, zərərçəkən şəxs hücumdan sonra xəstəxanaya çatdırılıb.

Məlumata görə, qarətdə üç nəfər iştirak edib.

Qarətdən sonra hadisə yerindən qaçan cinayətkarların avtomobili meşədə yanmış şəkildə tapılıb.

Gununsesi.org