Havada qara tüstüyə bürünən təyyarə təcili eniş etdi – VİDEO

  • By admin
  • 22 Noyabr 2019 15:07

Los-Anceles Beynəlxalq Hava Limanında Filippin Hava Yollarına aid təyyarə uçuşdan qısa müddət sonra mühərriklərindən birində yaranan nasazlıqla əlaqədar geri qayıtmalı olub.

Gununsesi.org Oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hadisə ilə bağlı yayılan kadrlardan birində görünür ki, təyyarə qara tüstüyə bürünmüş halda enişə hazırlaşır.

Digər video isə sərnişinlərdən biri tərəfindən çəkilib. İllüminatordan qeydə alınan görüntülərdə mühərriklərdən birinin alov püskürdüyü görünür.

 

 

Gununsesi.org