“Hazırda Afrində Türkiyə bayrağı dalğalanır” - ƏRDOĞAN

  • By admin
  • 18 Mart 2018 13:15

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Afrinin bu gün tamamilə Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusu bölmələrinin nəzarətinə alındığını bildirib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı bu barədə Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə etdiyi çıxışında bəyan edib.

”Hazırda orada Türk bayrağı və Azad Suriya Ordusunun bayrağı dalğalanır”,-deyə president vurğulayıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info