HDP də terrorçu təşkilat kimi qəbul ediləcək

  • By admin
  • 22 Avqust 2016 17:11
bibali
HDP də terrorçu təşkilat kimi qəbul ediləcək. 
Bu məsələ Türkiyənin iqtidar və müxalifət partiyalarının avqusutun 22-də keçirdiyi  Zirvə görüşündə müzakirə olunub.
Gununsesi.info “haberturk”-ə istinadən xəbər verir ki,  bu gün Cankayada baş naziri Binəli Yıldırım CHP lideri Kamal Kılıcdaroğlu və MHP lideri Dövlət Baxçalı ilə bir araya gəlib. 3 saatadək qapalı keçirilən iqtidar-müxalifət Zirvə toplantısında terrorzmlə mübarizə, İrak, Suriya, FETÖ və HDP məsələsi müzakirə olunub.
Baş nazir Binəli Yıldırım bildirib ki, FETÖ ilə mücadilədə HDP-nin lazımi mövqe sərgiləmədiyindən PKK ilə eyni səviyyədə tutulması dilə gətirilib. Liderlərin görüşündə eyni zaman “mini konstitusiya” məsələsi ətrafına müzakirə aparılıb. Görüş barədə geniş məlumat verilmir.
Görüşün detalları barədə ancaq Baş nazir Binəli Yıldırım nazirlər toplanıtsından sonra məlumat verəcək.
Gununsesi.info