Heydər Əliyev Mərkəzinin parkında ulduzların konserti olacaq

  • By admin
  • 24 Avqust 2019 13:04

Avqustun 26-da saat 20.00-da Heydər Əliyev Mərkəzinin parkında estrada ifaçılarının konserti keçiriləcək. 

 Gununsesi.org xəbər verir ki, konsertdə Moskavada yaşayan populyar azərbaycanlı ifaçı Jony, əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara maraqlı proqram təqdim edəcəklər.

Gununsesi.org