Heyvanlara pasport veriləcək - YENİ QƏRAR

  • By admin
  • 21 Fevral 2018 23:30

Türkiyədə Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin qərarı ilə heyvanların pasportlaşması prosesi başlayıb.

Gununsesi.info xəbər verir ki, müvafiq sənədlər təkdırnaqlı heyvanlara, o cümlədən at, uzunqulaq və digər heyvanlara veriləcək.

2019-cu ilin dekabrın 31-dən heyvanlarda bu sənədlərin olması məcburi hesab olunacaq.

Bu pasportlarda heyvanın doğum tarixi, cinsi, sağlamlıq vəziyyəti, rəngi kimi məlumatlar yer alacaq.

Bundan başqa qeyd olunur ki, təhlükəsizlik məqsədilə Türkiyə Silahlı Qüvvələrinin və Daxili İşlər Nazirliyinin balansında olan atlar pasportlaşma sisteminə daxil edilməyəcək.

Gununsesi.info