Hindistanda yerüstü keçid çökdü – 18 ölü+foto

  • By admin
  • 16 May 2018 11:35

 

Hindistanın şimalında Varanasi kəndində yerüstü keçid işlək yolun üzərinə çöküb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 18 nəfər dünyasını dəyişib. Dağıntılar altından çxıarılan 5 nəfər yaralıdan 2-nin vəziyyəti ağırdır.

Xilasetmə işləri davam etdirilir.

Baş nazir Narendra Modi Tvitter hesabından faciə ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verib, yaralılara isə şəfa diləyib.

Gununsesi.info