Hindistandan Kəşmirə görə Türkiyəyə xəbərdarlıq etdi

  • By admin
  • 16 Fevral 2020 14:14
Gununsesi.org xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi Türkiyəyə Hindistanın daxili işlərinə müdaxilə etməmək və ciddi terror təhdidi də daxil olmaqla həqiqətləri doğru ifadə etmək anlayışı içində olmaq çağırışı edib.
Şərhdə, “Hindistan, özünün ayrılmaz bir parçası olan Cammu Kəşmirə edilən bütün istinadları rədd edib. Türkiyə rəhbərliyini Hindistanın daxili işlərinə müdaxilə etməməyə, həmçinin Pakistandan Hindistana və bölgəyə yönələn ciddi terror təhdidi də daxil olmaqla, gerçəklərlə əlaqədar düzgün bir anlayış inkişaf etdirməyə çağırırıq. ”  -deyə bildirilib.
Hindistan Hökümətinin açıqlaması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistan parlamentində etdiyi çıxışda Kəşmirdəki vəziyyəti Birinci Dünya Savaşı əsnasında Çanaqqala müdafiəsinə bənzətməsi sonrasında verilib. Hindistanın keçən ilin avqustunda prezident fərmanı ilə Konstitusiyadan 370-cı maddəsini qəbul edərək Cammu Kəşmir bölgəsinin xüsusi statusunu ləğv edib. Ölkənin şimalındakı gərginlik sürətlə artıb.
Kəşmirin Hindistan hissəsi üzərində hüquqlarını iddia edən Pakistan bu qərarı sərt şəkildə qınamışdı.
Gununsesi.org